ABŞ prezidenti Donald Trampın fərmanından sonra "Emirates" aviaşirkəti heyətlərinin tərkibini dəyişmək məcburiyyətində qalıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, aviaşirkət sərnişinlərə isə bilətləri yenidən bronlaşdırmağı və yaxud kompensasiya almağı təklif edir.
Qeyd edək ki, D. Trampın imzaladığı fərmana görə, İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olması qadağan edilir.