İran müdafiə naziri Hüseyn Dehqan ölkəsinin ballistik nüvə raketi sınağı keçirdiyini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı nazir Reuters agentliyinə açıqlama verib.
O bildirib ki, bu raket sınağı nüvə razılaşmasını və BMT-nin qətnaməsini pozmur: "Bir neçə gün öncə planlarımıza uyğun olaraq, raket sınağı keçirdik. Biz əcnəbilərin daxili işlərimizə qarışmasına imkan verməyəcəyik".
Qeyd edək ki, ABŞ dekabrın 29-da İranın ballistik raket sınağı keçirdiyini açıqlayıb.
Samir