2 Fevral 2017 16:33
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu il Formula 1 azarkeşlərini əyləndirmək üçün təşkil ounacaq konsert proqramında dünya səviyyəli ulduz azarkeşləri sevindirəcək”.

Teleqraf.com xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov bildirib. Onun sözlərinə görə, ilk Qran Pridə həm təşkilatçılıq, həm də əyləncə elementləri reklam məqsədilə yüksək səviyyədə təşkil olunmuşdu: “Bu il ola bilsin, əyləncə hissə ötənilki səviyyədə olmasın. Dünya səviyyəli ulduzla danışıqlar aparılır, ancaq hələ müqavilə imzalanmayıb”.

Xarici ulduzların qonararına gəlincə, nazir qeyd edib ki, rəqəmlər heç kəs üçün sirr deyil: “Bu sahədə olan mütəxəssislərə məlumdur ki, dünya ulduzları hansı məbləğ müqabilində çıxışlar edirlər. Kimi 30-50 min, kimi 300 min dollar qarşılığında çıxış edir. Məsələn, I Avropa Oyunlarının açılışında çıxış edən Ledi Qaqaya 1 milyon dollar qonanar ödənmişdi. Büdcə həmişə mediaya açıqlanıb. Biz ənənəyə uyğun olaraq, yarışın sonunda təşkilati işlərə xərclənən pulları açıqlayacağıq. Onu da qeyd edim ki, bu il yeni avadanlıqlar alınmayacaq, ötənilki hasardan istifadə olunacaq ki, ümumilikdə daha az maliyyə xərclənəcək”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər