Fransanın məşhur Luvr muzeyində silahlı insident baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, naməlum şəxs bıçaqla muzeyin təhlükəsizlik işçisinə hücum edib. Onun digər əlində çemodan olduğu bildirilib.
Silahlı şəxs polislər tərəfindən güllələnib. Olaydan sonra muzey boşaldılıb. Hadisədən sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Paris polis rəisi Mişel Kado məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, silahlı muzeydə terror aktı törətmək istəyib: "O, təkbir gətirərək, əsgərə hücum edib".
Kado əlavə edib ki, silalının çemodanına baxış zamanı orada partlayıcı aşkar edilməyib.
Samir