ABŞ prezidenti Donald Trampın miqrasiya fərmanına cavab olaraq İran hökuməti yeni qərar qəbul edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qərara əsasən, amerikalı idmançılar Kirmanşah şəhərində fevralın 16-17-də baş tutacaq Sərbəst Güləş üzrə Dünya Çempionatına buraxılmayacaq.
Qərarın mətni Beynəlxalq Güləş Federasiyaları Birliyinin rəhbəri Nenad Laloviçə göndərilib. İran tərəfi Laloviçdən yarışda ABŞ komandası əvəzinə baş bir ölkənin idmançılarının iştirakını istəyib.
Yarışda Azərbaycan, İran, Türkiyə, Rusiya, Hindistan, Gürcüstan və Monqolustan komandaları iştirak edəcək.
Qeyd edək ki, Trampın miqrasiya fərmanına əsasən, İran, İraq, Suriya, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarının ABŞ-a girişi 90 gün müddətinə qadağan edilib.
Samir