5 Fevral 2017 01:52
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya alimləri kosmosa günəş batareyası ilə işləyən raket buraxmağı təklif ediblər.

Teleqraf.com xəbər verir ki, mütəxəssislər günəş batareyalı mühərrikin maye yanacaqla işləyən mühərrikə nisbətən iki dəfə səmərəli olacağını bildirirlər.

Alimlərin sözlərinə görə, yeni mühərrik fotoelektrik yolu ilə günəş şüalarını qəbul edən qurğudan ibarət olacaq. Qurğu Günəş şüalarını elektrik enerjisinə çevirəcək. Mütəxəssislər qeyd edirlər ki, yaxın gələcəkdə günəş batareyası ilə işləyən raketləri kosmosa buraxmaq mümkün olacaq.

Xəbər verildiyi kimi, “Proton” raketinin kommersiya buraxılışı 2017-ci ilin aprelində həyata keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər