Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 18 yaşında millət vəkili seçiləcək şəxslərin əsgərlikdən imtiyazlı ola biləcəklərini deyib.
Xeber365.com Türkiyə mediasına istinadla bildirir ki, 36-cı Muxtarlar İclasında danışan prezident bunu belə açıqlayıb: "Gənclərimizə 18 yaşında seçilmək hüququ verilir. Seçilmək, yoxsa seçmək çətindir? Seçmək çətindir. "Əsgərlik necə olacaq?" deyirlər. Sanki Türkiyədəki 7 milyon gəncin hamısı millət vəkili seçiləcək. Parlamentə 10-15 nəfərin seçiləcəyini nəzərə alsaq, onlara əsgərliklə bağlı iltizam vermək olar. Təxir demirəm, iltizam deyirəm".