ABŞ prezidenti Donald Tramp "İranı təhdid edəni peşman edərik" deyən İran lideri Həsən Ruhaniyə cavab verib.
Teleqraf.com-un CNN Türk-ə istinadən xəbərinə görə, Tramp Floridaya gedərkən, təyyarədə jurnalistlərə açıqlama verib. O, İran prezidenti Ruhaninin sözləriylə əlaqədar bir suala da cavab verib. Trampın cavabı qısa və dəqiq idi: "Ruhani diqqətli olsa, yaxşı olar".
Trampla yanaşı təyyarədə Yaponiya baş naziri Şinzo Abe də olub.
Bu arada Tramp İraq Baş naziri Heydər əl İbadi, Qatar Əmri Şeyx Tamim bin Hamad əl Sani və Küveyt əmiri Şeyx Sabah əl Əhməd əl-Cabir əl-Sabah ilə də telefonla danışıb.
Ağ Evdən bildiriblər ki, Tramp İbadi ilə söhbətində İŞİD terror təşkilatı ilə mübarizədə ABŞ-ın İraq xalqının yanında olduğunu vurğulayıb. O, İraq ordusunu Mosulda bu təşkilata qarşı göstərdiyi uğurlara görə təbrik edib: "İki lider İranın bütün bölgəni təhdid etməsi bərədə müzakirə aparıblar".
Trampın digər müsəlman ölkələrinin rəhbərləri ilə telefon danışığında da İran, Suriya və İŞİD mövzularının müzakirə etdiyi bildirilir.
Nihad