15 Fevral 2017 21:52
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Dövlət Departamenti fevralın 14-də bəyanat yayaraq, rəsmi Tehrandan 6 ildir ev dustaqlığında saxladığı “yaşıl hərəkat” liderləri Mirhüseyn Musəvi, Zəhra Rəhnəvərd və Mehdi Kərrubini dərhal azadlığa buraxmağını tələb edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bəyanatda bildirilir:

“Mövcud durumu tənqid edən “yaşıl hərəkat” liderlərinin məhkəmə qərarı olmadan ev dustaqlığında saxlanılması İranın da qarşısında öhdəlik götürdüyü beynəlxalq qanunlara zidd addımdır. Biz də dünya birliyinə qatılaraq “yaşıl hərəkat” liderlərinin məhkəmə qərarı olmadan əsassız ittihamlarla həbsdə saxlanılmasını kəskin pisləyir, onların və digər siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edirik”.

Qeyd edək ki, İrandakı “yaşıl hərəkat”ın liderləri Mirhüseyn Musəvi, Zəhra Rəhnəvər və fəaliyyətinə qadağa qoyulmuş Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi 2009-cu ildə ölkədə keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə və baş vermiş geniş saxtakarlığa qarşı kütləvi etirazlardan bir neçə ay sonra tutulub.

Samir


Müəllif:

Oxşar xəbərlər