“Beynəlxalq hüququn prinsiplərinə görə də Xocalı etnik, dini təmiziləmə məqsədilə həyata keçirilən qətliamdır. Xocalı soyqırımının həyata keçirilməsində iştirak edənlərin siyahısı tərtib olunub. Biz gözləməməliyik, hüquq-mühafizə orqanları şifahi də olsa, onlar haqqında qərar çıxarmalıdır”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin komitə sədri, Yeni Azərbaycvan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
S.Novruzov deyib ki, bu qərar dünya ictimaiyyətinə yayılmalıdır: “Biz onların nə vaxtsa tutulacağını və məhkəmə qurulacağını gözləməməliyik. Onların bir neçəsi törətdikləri cinayəti BMT kürsüsündə belə etiraf ediblər. Ermənistan prezidenti Serj Sarkisyanın özü də BMT-də Xocalıda neçə iştirak etməsini etiraf edib. Bundan artıq etiraf lazımdır? Ermənistanın “böyük ziyalısı” adını alan Zori Balayan Xocalıda uşaqların necə öldürülməsini, onların yandırılmasından ləzzət aldığını qeyd edib. Onlar dünya ictiamiyyətinin qarşısında öz günahlarını boynlarına alıblar. Bu baxımdan nəyə görə biz onların izahat yazması və ya məhkəmə qarşısında etiraflarını gözləməliyik? Bu insanlarla bağlı hərbi məhkəmədə cinayət işi qaldırılıb. Hərbi məhkəmənin kollegiyası qərar qəbul edərək, bütün dünya ölkələrinə göndərməlidirlər”.
Komitə sədri qeyd edib ki, tarixən Azərbaycan əhalisi ona qarşı olan ayrı-ayrı nizami ordularla vurşmaq təhlükəsi ilə üzləşib: “Xocalı da bu cür böyük faciələrdən biridir”.
S.Novruzov vurğulayıb ki, Azərbaycan Prezidenti həm Münhendə keçirilən konfransda, həm də müsahibələrində birbaşa Xocalı faciəsinə toxunaraq, bu faciənin əsas günahkarlarının adlarını sadalayıb: “Cənab Prezident bildirib ki, Xocalı soyqırımınin törədilməsinin səbəblərindən biri də orada yaşayanların İslam dininə olan inancıdır. Əfsuslar olsun ki, bəzi İslam ölkələri Ermənistanla isti münasibət qurmağa cəhd edirlər. Əgər insanlar İslama olan inancına görə qırılırlarsa, onda həmin ölkələrin Ermənistanla isti münasibəti qəbuledilməzdir. Milli Məclis Azərbaycan Prezidentinin fikirlərinə dəstək olaraq, həmin ölkələrin parlamentlərinə müraciət göndərməlidir”.
Nemət