2 Mart 2017 11:23
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın baş prokuroru Ceff Seşns ötən il Rusiyanın bu ölkədəki səfiri Sergey Kislyakla görüşüb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı The Washington Post nəşri məlumat yayıb.

Məlumatlara görə, Seşns şəxsi görüş adı ilə Kislyakla ötən ilin iyul və sentyabrında bir araya gəlib: "Seşns bu görüşlərlə bağlı ABŞ Konqresini məlumatlandırmayıb".

Demokratlar partiyasının lideri Nensi Pelosi məlumatlara münasibət bildirib. O deyib ki, bu məsələdən sonra Seşns dərhal istefa verməlidir.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn ilə oxşar hal baş vermişdi. O, ABŞ prezidenti Donald Trampdan xəbərsiz Kislyak ilə Rusiyaya qarşı sanksiyaların ləğvini müzakirə etmişdi. Məlumatların yayılmasından sonra Flinn ABŞ prezidentindən üzr istəyib, istefa vermişdi.

Samir


Müəllif:

Oxşar xəbərlər