5 Mart 2017 01:14
1 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrlandiyada yerli hakimiyyət dairələri vaxtilə katolik sğıınacaq olmuş məkanda kütləvi uşaq məzarlığı aşkarlayıblar.

Teleqraf.com milli.az-a istinadən bildirir ki, Qoluey qraflığındakı Tuam şəhərinin yaxınlığında, "Bon Secours Mother and Baby Home" katolik uşaq sığınacağının bağında 800 uşağın qalıqları çıxarılıb. 20 məzarda dəfn olunmuş uşaqlar 8 ay-3 yaş arasında olublar. Uşaqların əksəriyyəti xəstəlikdən və daim yarıac qalmaqdan ölüblər.

Kilsənin himayəsində olan sığınacaqların fəaliyyətini araşdıran komissiyadan verilən məlumata görə, 1925-1998-ci illərdə İrlandiyada 18 belə qurum olub. Mütəxəssislər ekspertiza aparmaq üçün kütləvi məzarlıqdan sümük fraqmentləri və torpaq nümunələri götürüblər.

Sığınacaq əvvəllər "Bon Secour" katolik ordeninə məxsus olub və 1961-ci ildə qapadılıb. Ekspertlərin fikrincə, uşaqlar 1950-ci illərdə vəfat ediblər.


Müəllif:

Oxşar xəbərlər