Fələstin dövlətinin prezidenti Mahmud Abbas və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Abbas və Tramp Fələstin-İsrail münaqişəsinin həllini müzakirə ediblər.
ABŞ prezidenti vurğulayıb ki, münaqişənin həlli regiona və dünyaya müsbət təsir göstərəcək.
Həmçinin Tramp Abbası "yaxın vaxtlarda" ABŞ-a səfər etməyə dəvət edib.