23 Aprel 2014 16:18
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidentinin vəzifələrini icra edən Aleksandr Turçinov bir müddət əvvəl ölkənin şərqində tətbiq etdiyi antiterror əməliyyatlarını bərpa etmək niyyətindədir. Qərar iki işgəncə ilə qətlə yetirilmiş meyitin tapılmasından dərhal sonra qəbul olunub.

İki kişi meyitlərindən biri Qorlov şəhər birliyinin "Batkivşina" partiyasının üzvü və deputat Vladimir Rıbaka oxşadığı bildirilir.

"Faktiki olaraq bütün Donetsk regionunu girov götürən terroristlər Ukraynanın vətənpərvərlərini öldürmək və işgəncə verməklə hədlərini aşıblar", - deyə, Ukrayna prezidentinin vəzifələrini icraçısı bildirib.

"Onlar Cenevrədə qəbul olunan qərarları saymayaraq, yalnız Ukrayna hakimiyyətini deyil, bütün dünya birliyini qıcıqlandırıblar. Bütün bu cinayətlər Rusiya Federasiyasının tam dəstəyi və görməməzliyi şəraitində törədilir", Turçinov qeyd edib ", - deyə, Turçinov qeyd edib.

Onun sözlərinə görə, məlum olub ki, Slavyanskda rusiyameylli fəallar Ukraynada baş verənləri olduğu kimi yayımlayan Vice News kanalının müxbiri Simon Ostrovskyni saxlayıb.

Özünü Slavyansk şəhərinin "xalq meri" adlandıran Vyaçislav Ponomaryov, jurnalistin rusiyameylli özünümüdafiə qüvvələri tərəfindən saxlandığını təsdiq edib.

"Onu heç kim oğurlamayıb, heç kim onu girov saxlamır. O hazırda bizimlə birgə Ukrayna Təhlükəsizlik Şurasında material hazırlamaqla məşğuldur", - deyə, o bildirib.

Vice News kanalından verilən məlumata görə, jurnalistlə bağlı xəbərlər izlənilir.

Kanalın rəsmi nümayəndələrinin verdiyi məlumata görə, Simon Ostrovskynin təhlükəsizlik və müdafiəsini təmin olunması məqsədi ilə ABŞ Dövlət Departamentinə artıq müraciət olunub.


Müəllif:

Oxşar xəbərlər