“Almaniya kansleri Angela Merkelin Moskvaya səfərinin vaxtı razılaşdırılıb”.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib. Bununla belə, o, konkret tarixi açıqlamaqdan imtina edib. Qeyd edib ki, Moskva və Berlin bunu sonra eyni vaxtda edəcəklər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə “RİA-Novosti”yə açıqlamasında Vladimir Putinin A.Merkellə Ukrayna böhranını müzakirə edəcəyini vurğulayıb. Martın 9-da isə Peskov bildirmişdi ki, Almaniya kanslerinin səfəri Almaniya-Rusiya dövlətlərarası məsləhətləşmələrin yenilənəcəyi demək deyil.
Həmin gün Almaniyanın xarici işlər naziri Ziqmar Qabriellə görüşən Putin isə qeyd etmişdi ki, Moskva Merkelin və Almaniya prezidenti Frank Valter-Ştaynmayerin səfərini gözləyir. Rusiya lideri bildirmişdi ki, ölkələr mütləq münasibətlərin normallaşması yoluna qədəm qoymalıdırlar.
Putin və Merkel arasında sonuncu telefon danışığı fevralın 7-də baş tutub. İki ölkə lideri Ukraynada atəşkəs rejiminin təxirəsalınmadan bərpasının vacibliyini vurğulamışdılar.
Səxavət