Sosial şəbəkə istifadəçiləri Vaşinqtonda səfərdə olan Almaniya kansleri Angela Merkelin ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampa müstəsna baxışlarına diqqət yetiriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Mashable” məlumat yayıb.
“Amerikalı və alman biznes-liderlərinin iştirak etdiyi müzakirələr zamanı realiti-şou ulduzu, biznesvumen və zərgərlik məmulatlarının ticarəti ilə məşğul olan, kimya üzrə elmi dərəcəyə malik, rusca sərbəst danışan İvanka Tramp federal kanslerlə yanaşı əyləşib.
“Tvitter” görüşdən dərhal sonra fotoya dair ümumi mövzu tapdı”, deyə nəşrin əməkdaşı Tim Çester yazır.
Tim Çesterin nəzər-diqqətinə görə, Merkelin baxışları açıq-aşkar İvankanın bu toplantıda yerinin olmadığını deyir. Bir çox sosial şəbəkə istifadəçiləri onunla həmrəylik nümayiş etdiriblər.
Onların hər biri Merkelin İvankaya baxışlarına dair müxtəlif şəkilaltı sözlər yazıblar. Onlardan ən çox bəyəniləni “Merkel: Bu nədir, lənət şeytana, o burda nə edir?” sözləridir.
Səxavət