Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Niderland Krallığındakı kampaniya əlaqələndiricisi Mustafa Aslan bəyan edib ki, bundan sonra heç bir Türkiyə rəsmisi Hollandiyaya gələrək seçki kampaniyası aparmayacaq.
Türkiyə mediasına istinad edən Teleqraf.com-un məlumatına görə, bununla bağlı son qərarın verildiyini xatırladan Mustafa Aslan əlavə edib ki, səbəb Türkiyənin Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Qayanın Hollandiyadan deportasiya edilməsi və xarici işlər naziri Mövlüd Çavuşoğlunun təyyarəsinin eniş icazəsinin verilməməsidir: “Artıq türk nazirləri bu ölkədə konstitusiya referendumu ilə bağlı təbliğat kampaniyası aparmayacaq”
Hollandiyanın NOS televiziya kanalına danışan Mustafa Aslan bəyan edib ki, heç bir türk nazirinin Hollandiyaya təbliğat aparmaq məqsədilə gəlməyəcəyi haqda son qərarı martın 20-də verilib.
Xatırladaq ki, Hollandiyada təxminən 260 min türk mənşəli seçici var. Onlar 5-9 aprel tarixlərində səs verəcəklər. Bu məqsədlə Amsterdam, Haaqa və Deventer şəhərlərində səsvermə üçün xüsusi yerlər ayrılacaq.
Cavad