21 Mart 2017 20:29
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya və Rusiyanın xarici işlər nazirlərinin əldə etdiyi razılaşmaya əsasən, Baş nazir Şinzo Abe aprelin sonunda Rusiyaya səfər edərək Prezident Vladimir Putinlə görüşəcək.

Bu barədə Jiji Press agentliyi məumat yayıb.

Rəsmi Tokionun qənaətinə görə, ölkə liderlərinin növbəti görüşü Hokkaydonun yaxınlığında yerləşən dörd şimal adasında təsərrüfat fəaliyyəti ilə bağlı müzakirələrin inkişafı ilə yanaşı, ərazi mübahisəsinin həllinə və sülh müqaviləsinin imzalanmasına təkan verə bilər.

Nazirlər Fumio Kişida və Serqey Lavrov birgə fəaliyyətlə bağlı prioritet obyektlərin və hüquqi məsələlərin seçilməsi və onların müzakirəsinin davam etdirilməsi barədə də razılığa gəliblər.

Rusiya tərəfi əvvəllər həmin adalarda yaşamış yaponlar üçün, həmçinin adaların indiki sakinlərinin Yaponiyaya rahat səfər etmələri məqsədilə vizaların ləğv olunmasını təklif edib. Yapon tərəfi isə Saxalinlə Hokkaydo arasında əlaqələrin inkişaf etdirilməsi planını irəli sürüb.
/Publika.az/


Müəllif:

Oxşar xəbərlər