Dövlət katibi Reks Tillerson ABŞ-ın dünyadakı diplomatik missiyalarına yeni viza rejiminin tətbiqi ilə bağlı təlimat göndərib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, viza açdırmaq və ABŞ-a gəlmək istəyən şəxslərin son 15 ildəki səyahət etdikləri ölkə, qaldıqları ünvan və çalışdıqları iş yerləri, eləcə də son 5 ildə elektron ünvanları və sosial şəbəkədəki səhifələri sorulacaq.
Bundan başqa, İran, Suriya, Liviya, Somali və Sudandan viza açdırmaq istəyənlərin əvvəllər İŞİD-in nəzarət etdiyi ərazidə olub-olmadıqları aydınlaşdırılacaq. Əslində təlimat 38 ölkədən başqa yerdə qalan bütün ölkələrin vətəndaşlarına şamil olunacaq.
Reks Tillersonun 15 mart 2017-ci il tarixli təlimatı ABŞ-ın terror təhdidinə qarşı müdafiəsi üçün əcnəbilərin ölkəyə gəlişini daha sərt nəzarət altında saxlamaq zərurəti ilə izahlanır.
MAHİR