26 Mart 2017 01:40
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “16 apreldən sonra əlaqələrimizə yenidən baxılacaq” sözlərindən sonra Avropa Birliyi (AB) ilə Türkiyə arasında yenidən gərginlik yaranıb.

Axar.az xəbər verir ki, AB rəsmilərindən biri Türkiyənin bu sözlə odla oynadığını göstərdiyini deyib:

“AB Türkiyədən dəfələrlə güclüdür. Onlar referendum prosesində bizi şantaj edə bilərlər, amma məlumdur ki, aramızda qarşılıqlı asılılıq mövcuddur. Bundan isə daha çox faydalanan Türkiyədir”.

Qeyd edək ki, Ərdoğanın “heç bir avropalı rahat şəkildə küçəyə çıxa bilməz” sözlərindən sonra Brüssel və Ankara arasında gərginlik artsa da, Türkiyə səfiri bunun yalnız bir cümlədən ibarət olmadığını deyərək, gərginliyi nisbətən aradan qaldırmağı bacarmışdı. Türkiyə prezidentinin bu çıxışı isə tərəflər arasındakı gərginliyi yenidən alovlandırıb.


Müəllif:

Oxşar xəbərlər