Radikal islamçı terror təşkilatı “Boko Haram”ın yaraqlıları Nigeriyanın şimal-şərqindəki kəndlərdən 22 qızı oğurlayıblar.
Teleqraf.com-un məlumatına görə, bu barədə “Frans Press” agentliyinə yerli sakinlər məlumat verib.
Oğurluq iki hücumla gerçəkləşdirilib. Agentliyin məlumatına görə, martın 30-da baş tutan birinci hücum zamanı ümumilikdə 18 qız oğurlanıb. Qızlar 17 və daha aşağı yaşlarda olublar. Daha 4 qız isə ikinci hücum zamanı qaçırılıb.
Qeyd edək ki, radikal islamçı terror təşkilatı “Boko Haram” Nigeriya ərazisində fəaliyyət göstərir. 2014-cü ilin aprelində onlar ölkənin şimal-şərqində 276 nigeriyalı məktəblini oğurlamışdılar. Terrorçuların başçısı qızları həbs edilən bütün “Boko Haram” üzvləri ilə dəyişdirməyi təklif eləmiş, hökumət bununla razılaşmamışdı.
Həmin ilin avqustunda girovların əks olunduğu videogörüntü yaymışdılar. Videoda heç də bütün məktəblilər əks olunmamışdı. Yaraqlılar bildirmişdilər ki, digər qızlar aviazərbələr zamanı həlak olublar.
Səxavət