"Rusiya prezidenti Vladimir Putin Bəşər Əsədi dəstəkləməyə son qoymalıdır. Əsəd Kremlin dəstəyinə layiq deyil".
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda seçicilər önündə çıxışı zamanı bildirib.
Ərdoğan hesab edir ki, Rusiya Suriya prezidenti Bəşər Əsədi dəstəkləməyə son qoymalıdır və bu ərəb ölkəsində ABŞ-la bir hərəkət etməlidir.
Türkiyə prezidenti ABŞ-ın Homsdakı Suriya aviabazasına raket zərbəsini müsbət qiymətləndirib.