ABŞ gözlənilmədən "Karl Vinson" aviadaşıyıcısını Şimali Koreya sahillərinə göndərib.
Teleqraf.com "Ria Novosti"yə istinadla xəbər verir ki, bununla bağlı "Pxenyan" agentliyi məlumat yayıb.
Bildirilib ki, atom silahları ilə yüklənmiş aviadaşıyıcı Sinqapur istiqamətindən Şimali Koreyaya yaxınlaşır: "İlk olaraq, aviadaşıyıcının Avstraliya sahillərinə çatacağı deyilirdi. Daha sonra isə gəmi gözlənilmədən istiqamətini dəyişidi. Aviadaşıyıcıya iki hərbi gəmi və ballistik raketləri tutmaq qabiliyyətinə malik olan kraysler daxildir".
Agentliyə danışan Şimali Koreya müdafiə nazirinin nümayəndəsi Mun San Qyunun sözlərinə görə, bu Koreya yarımadasında vəziyyəti qəlizləşdirə bilər: "ABŞ aviadaşıyıcını Şimali Koreyanın növbəti ballistik raket sınağının qarşısını almaq məqsədi ilə göndərib. Ancaq biz Şimali Koreya liderinin ad günü münasibəti ilə aprelin 15-də baş tutacaq raket sınağını təxirə salmaq niyyətində deyilik".
Qeyd edək ki, son ballistik raket sınağından sonra ABŞ Şimali Koreyaya hərbi müdaxilə ilə bağlı xəbərdarlıq edib.
Samir