“Şimali Koreya ordusu ABŞ-un bütün təxribat xarakterli addımlarına cavab verməyə hazırdır”.
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadla xəbər verir ki, bu sözlər Şimali Koreya Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb:
"ABŞ ordusuna məxsus "Karl Vinson" aviadaşıyıcısının Koreya yarımadasına yaxınlaşması sübut edir ki, Vaşinqton-Pxenyan münasibətlərindəki gərginlik pik nöqtəyə çatıb. Əgər ABŞ hərbi müdaxilə ilə bağlı hər hansı qərar versə, cavabını alacaq. KXDR silah gücü ilə özünü qoruyacaq".
Qeyd edək ki, aprelin 5-də Şimali Koreyanın həyata keçirdiyi son ballistik raket sınağından sonra ABŞ prezidenti Donald Tramp Pxenyan hökumətinə hərbi müdaxilə ediləcəyi ilə bağlı xəbərdarlıq ünvanlayıb. Buna cavab olaraq, Pxenyan Şimali Koreya liderinin ad günündə, yəni aprelin 15-də növbəti ballistik raket sınağı keçirəcəyini bildirib.
Samir