11 Aprel 2017 13:32
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Angela Merkel ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Teleqraf.com TASS agentliyinə istinadla xəbər verir ki, liderlər Suiryadakı son vəziyyəti və ABŞ-ın bu ölkəyə hücumunu müzakirə ediblər.

Merkel Trampı Suriya məsələsinin həlli ilə bağlı Rusiya ilə əməkdaşlığa səsləyib. Bununla bağlı Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zayberq açıqlama verib:

"Kansler əlavə edib ki, Suriyada kimyəvi silahların tətbiqinin qarşısını almaq üçün BMT-nin himayəsi altında tədbirlər həyata keçirmək lazımdır. Bundan başqa, Merkel və Tramp Şimali Koreyanın ballistik raket sınağı həyata keçirməsi ətrafında da fikir mübadiləsi aparıblar".

Samir


Müəllif:

Oxşar xəbərlər