"Mən Lavrovla görüşdə Əsəd rejiminin sonunun çatdığını qeyd etdim. Moskva Əsədə reallığı anlatmalıdır. Əsədin hakimiyyətdən hüquqi müstəvidə getməlidir ki, sonradan komandası danışıqlar prosesində iştirak edə bilsin".
Teleqraf.com "RİA.ru"ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Reks Tillerson rusiyalı həmkarı Sergey Lavrovla apardığı danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Reks Tillerson qeyd edib ki, Əsəd rejiminin sonu çatıb: "Bu məsələdə əsas günahkar Suriyadakı hakim rejimdir. Suriyada baş verənlərə görə Əsəd cavabdehdir. Bunu cənab Lavrovun diqqətinə çatdırdım. Kreml Əsədin yaxın müttəfiqi olaraq ona vaxtının bitdiyini anlatmalıdır".