Sorğunun nəticəsinə əsasən seçkilərin ikinci turuna keçəcəyi təqdirdə Le Pen Fransanın keçmiş iqtisadiyyat naziri Emmanuel Makrona 61 faizin 39 faizə, keçmiş baş nazir Fransua Fiyona 55 faizin 45 faizə, “Fəth olunmamış Fransa” hərəkatının başçısı Jan-Lyuk Melanşona isə 57 faizin 43 faizə nisbətində səslə məğlub olacaq.
Bununla belə, ilk turda qüvvələr balansı dəyişməyib: Makron 23 faiz səslə liderlik edir, onun ardınca 22,5 faiz səs toplayan Le Pen gəlir. Seçicilərin 19,5 faizinin etimadını qazanan Fiyon üçüncü yerdə qərarlaşıb, onu isə 0,5 faiz fərqlə Melanşon izləyir.
Sorğuya əsasən, fransızların 28 faizinin səs vermək üçün məntəqələrə gəlməyəcəyi gözlənilir.
Xatırladaq ki, Fransada prezident seçkilərinin ilk turu aprelin 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək.