Teleqraf.com xəbər verir ki, müzakirələr əsasən Şimali Koreyanın nüvə təhdidi ətrafında aparılıb.
Vitse-prezident Şimali Koreyanı Asiya qitəsində sülh və təhlükəsizlik üçün ən təhlükəli təhdid adlandırıb.
Bütün variantların masa üzərində olduğunu qeyd edən Mayk Pens bildirib ki, ABŞ Avstraliya ilə yaxın əməkdaşlıq içində olacaq:
"Biz bölgədəki müttəfiqlərimiz və Çin ilə Şimali Koreyaya qarşı diplomatik və iqtisadi təzyiqi artırmağa çalışırıq. Çin Şimali Koreya ilə bacara bilmirsə, bunu ABŞ və onun müttəfiqləri edəcək".
Malkolm Turnbul isə bəyan edib ki, Şimali Koreyanın bu təsirləri hiss etməsi üçün Çinin də təzyiqlərə başlaması vacibdir: "Dünyanın gözü hazırda Pekindədir. Ümid eləyirəm ki, Çin Şimali Koreya mövzusunda gözlənilən addımları atacaq".
Cavad