23 Aprel 2017 17:13
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq prezident və müavini birgə bəyanatla çıxış ediblər

İranda prezidentliyə namizədliyi qeydiyyata alınmayan sabiq prezident Mahmud Əhmədinejad seçkilərdə heç bir namizədi dəstəkləməyəcək.

Teleqraf.com "Mehr" agentliyinə istinadən xəbər verir ki, M. Əhmədinejad və onun sabiq müavini H. Bəqayinin birgə imzaladığı bəyanatda seçkilərdə heç bir namizədi dəstəkləməyəcəklərini vurğulayıblar.

Qeyd edək ki, İranda prezident seçkiləri mayın 17-də keçiriləcək. Hazırkı prezident Həsən Ruhani də daxil olmaqla, 6 namizəd qeydiyyata alınıb.

M. Əhmədinejad və onun sabiq müavini Həmid Bəqayinin ərizəsi təsdiqlənməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər