Teleqraf.com xəbər verir ki, Haberal mükafat üçün Atatürkə borclu olduğunu bildirib, eyni zamanda orqan ianəsi üçün də müraciət edib.
Xatırladaq ki, xidmətlərinə görə İngiltərədə mükafatlandırılan Haberal Türkiyədə "Ərgənəkon Terror Təşkilatının" üzvü olmaq iddiasıyla 4 il 4 ay həbsdə qalmış və vəzifəsini icra edə bilməmişdi. Üstəlik, Haberal həbsdə qaldığı dövrdə atasını itirmiş, ancaq icazə ala bilmədiyi üçün dəfn mərasiminə qatılmamışdı.