Əfqanıstanın şərqindəki Host əyalətində ABŞ hərbi bazasının yaxınlığında partlayış törədilib.
Trend-in məlumatına görə, partlayış naməlum avtomobilin bazaya yaxınlaşmasından sonra baş verib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib. Son məlumata görə, 4 nəfər ölüb, 6 nəfər yaralanıb
Qeyd edək ki, bu gün eyni zamanda ABŞ-ın müdafiə naziri Ceyms Mettis Əfqanıstana əvvəlcədən elan olunmamış səfər edib.