27 Aprel 2017 16:23
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya məxsus "Liman" hərbi gəmisi Qara dənizdə "Aşot-7" yük gəmisi ilə toqquşub.

Qara dənizdə Rusiyanın hərbi gəmisi yük daşıma gəmisi ilə toqquşub.

Axar.az xəbər verir ki, hadisə Qara dənizdə, Türkiyənin daxili sularında baş verib. Toqquşmadan sonra Türkiyə tərəfi gəmidən 45 rus hərbçisini xilas edib.

***

Rusiya Müdafiə nazirliyi Qara dəniz donanmasına aid “Liman” adlı araşdırma gəmisinin İstanbul boğazından 40 kilometr şimal-qərbində hələlik hansı ölkəyə mənsub olduğu bilinməyən Aşot-7 adlı gəmiylə toqquşduğunu açıqlayıb. “Liman” gəmisinin əsgərlərinin ziyan çəkmədiyi bildirilir.

Toqquşma zamanı yük gəmisinin batdığı, hərbi gəminin isə aldığı zərbədən yan yatdığı bildirilib.

15:55

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində gəmilər batma təhlükəsi ilə üzləşib. Bu zaman rus gəmilərinin köməyinə Türkiyə Sahil Mühafizə xidmətinin əməkdaşları çatıb. Gəmilərdə olan 78 nəfərlik heyət təxliyyə edilib.

Hadisə dumanlı hava şəraitinin səbəb olduğu bildirilib.

Samir

***

Qara dənizdə "Aşot-7" yük gəmisi ilə toqquşan "Liman" hərbi-kəşfiyyat gəmisi batıb.

Teleqraf.com Ria Novosti agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


Müəllif:

Oxşar xəbərlər