1 May 2017 22:42
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Suriya ilə sərhəd bölgəsi olan Şanlıurfada səngərlərin qazılmasına başlanıb.

Teleqraf.com "Hürriyət" qəzetinə istinadla xəbər verir ki, səngərlər PKK-nın Suriya qolu sayılan PYD/YPG qruplaşmalarının nəzarətində olan Tel Abyad rayonu ilə sərhəd olan bölgələrdə qazılır.

Məlumatlara görə, səngərlər hərbi texnikalar üçündür.

Qeyd edək ki, aprelin 27-də YPG-nin nəzarətində olan bölgədən Türkiyənin Ağcaqala rayonuna raket atılmışdı.

Samir


Müəllif:

Oxşar xəbərlər