3 May 2017 11:13
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın birinci xanımı Melaniya Tramp Tvitterdə qalmaqallı statusu bəyənib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Endi Ostroy adlı istifadəçi "Əslində Tramp bu divarı xanımı ilə öz arasında hörür" tvitini yazıb.

Tviti Melaniya Trampın rəsmi hesabı bəyənib. Ancaq bir neçə saat sonra bəyənmə silinib.

Bu, Tramp ilə həyat yoldaşı arasında soyuq münasibətlərin olması ilə bağlı iddiaları gündəmə gətirib.

Qeyd edək ki, bir müddət öncə də oxşar iddialar yayılmışdı. Martın əvvəlində Tramp ilə həyat yoldaşının ayrı-ayrı otaqlarda yatdığı ilə bağlı məlumat mətbuatda dərc olunmuşdu.

Samir


Müəllif:

Oxşar xəbərlər