3 May 2017 19:15
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soçidə danışıqlar başa çatdıqdan sonra mətbuat konfransı keçirən Rusiya və Türkiyə prezidentləri müzakirə etdikləri əsas məsələlərdən birinin Suriya böhranının nizamlanması ilə bağlı olduğunu bildiriblər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Suriya böhranının həlli ilə bağlı Astanada aparılan danışıqlar mütləq sülhü möhkəmləndirməlidir, ancaq bəziləri bu prosesi sabotaj etməklə məşğuldurlar.

“Zamin ölkələr kimi biz bu prosesi olduqca həssas şəkildə başa çatdırmalıyıq. Astana görüşləri sayəsində biz ilk növbədə sülhü möhkəmləndirməyə nail olmalıyıq. Ancaq bəziləri öz enerjisini bu prosesi sabotaj etməyə sərf edirlər”, deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti daha sonra deyib: “Biz çox yaxşı bilirik ki, bu elementlər bunu ona görə edirlər ki, fəaliyyətimizi provokasiyaya çəksinlər, cücərən toxumları məhv etsinlər”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər