Bu gün axşam saatlarında İraqın Anbar əyalətində partlayış törədilib.
Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, Hadisa şəhərindəki bazarda minalanmış avtomobilin partladılması nəticəsində azı 5 nəfər ölüb, 6 nəfər yaralanıb.
Partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.