10 May 2017 22:58
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Kubadakı səfirliyi tərəfindən Havana şəhərində “Amerika Evi” İctimai Mərkəzində milli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Xalqın xilaskarı” adlı tədbir keçirilib.

Səfirlikdən Teleqraf.com-a daxil olan məlumata görə, tədbirdə Havanada akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri, Kuba XİN-in rəsmiləri, müxtəlif hökumət qurumları və Kubanın yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov hər il 10 may tarixinin Azərbaycan xalqı tərəfindən böyük ehtiramla anıldığını bildirib və ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən geniş bəhs edib. Bu xüsusda, SSRİ dövründə ən müxtəlif sahələrdə Azərbaycanın inkişafının təmin edilməsi, habelə müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi istiqamətində Heydər Əliyevin xalqımız qarşısında müstəsna tarixi xidmətlərindən danışılıb.

C.Salehov Azərbaycanın müstəqillik tarixindən və 20 Yanvar faciəsinin baş vermə səbəblərindən söz açaraq, SSRİ rəhbərliyinin ölkəmizin ərazi bütövlüyünün pozulmasına yönəlmiş erməni təcavüzkarlığına dəstək verdiyi ağır bir dövrdə ulu öndər Heydər Əliyevin öz həyatını təhlükə qarşısında qoyaraq qətiyyətli addımları barədə bəhs edib. C.Salehov Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və etnik təmizləmə siyasəti və bu təcavüzün nəticələri barədə də məlumat verib. Bildirilib ki, ölkəmiz üçün ən ağrılı məqamlarda məhz müdrik dövlət xadimi Heydər Əliyevin sarsılmaz iradəsi, uzaqgörən siyasi strategiyası və qətiyyətli qərarları sayəsində Azərbaycanın dövlətçiliyini qoruyub saxlamaq və gələcək inkişafı üçün möhkəm zəmin yaratmaq mümkün olub.

C.Salehov müasir dövrdə Azərbaycanın sürətlə artmaqda olan beynəlxalq əhəmiyyətindən söz açıb. Ölkəmizin ən müxtəlif sahələrdə nüfuzlu beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyi diqqətə çatdırılıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş davamlı inkişaf yolunun hal-hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib, dövlətimiz və cəmiyyətimizin bütün sahələrində əldə edilən göstəricilərin isə bunun bariz nümunəsi olduğu vurğulanıb.

Tədbir zamanı Cavanşir Salehov Böyük Vətən Müharibəsində əldə edilmiş qələbənin növbəti ildönümünün Azərbaycanda da qeyd edildiyi barədə məlumat verib. Azərbaycan xalqının bu qələbənin əldə edilməsi yolunda verdiyi töhfə və qurbanlardan söz açılıb, ölkəmizdə Böyük Vətən Müharibəsi qurbanlarının xatirəsinin ehtiramla yad edildiyi və müharibə veteranlarına dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyi qeyd edilib. Bildirilib ki, gənc nəsillərin öz tarixinə hörmətlə yanaşaraq vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün 9 May Qələbə günü ilə bağlı dəyərlərin müstəqil Azərbaycanda yaşadılması da məhz ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolun davamıdır. Tədbirin sonunda milli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər