Teleqraf.com xəbər verir ki, Amerika diplomatik missiyası öz saytında yerləşdirdiyi bəyanatda ərəb respublikasında vəziyyətin bu hala gəlib çatmasına görə Moskva və Tehranın məsuliyyət daşıdığını vurğulayıb.
“Etdiyi amansız hərəkətlərə görə ilk növbədə Əsəd özü məsuliyyət daşıyır. Ancaq onun müttəfiqləri Rusiya və İran da bu ağır yükün məsuliyyətini daşıyırlar. Moskva və Tehran Əsədə imkan verirlər ki, o, insanları oğurlasın, onlara işgəncə versin, məhkəməsiz qətlə yetirsin, çəllək bombaları və kimyəvi silahlarla aviazərbələr endirsin. Digər ölkələr Suriya rejiminin dəhşətlərini qəbul ediblər. Rusiyanın bu ölkələrə qoşulmasının vaxtı çatıb”, - deyə diplomat bildirib.
Səxavət