21 May 2017 09:27
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Terrorizmlə Mübarizə İdarəsinin əsgərləri Qərbi Mosulda daha bir neçə məhəlləni ekstremist qruplardan xilas edib.

Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tiqr çayının sahilindəki əməliyyat başa çatıb. İraq bayrağı oradakı binaların üzərinə sancılıb. Xüsusi təyinatlılar bundan sonra başqa qüvvələrə də yardım etmək üçün baş nazirin göstərişini gözləyir.

İŞİD-in 2 ildən artıq əldə saxladığı İraqın ikinci şəhəri uğrunda aparılan bu əməliyyatlar hələ ötən ilin oktyabrından başlayıb. Yanvarın sonunda Şərqi Mosul üzərində tam nəzarətin ələ keçdiyi açıqlanıb.

Qərbi Mosulun azad olunması üçün aparılan əməliyyatlarda isə əsasən xarici muzdlu döyüşçülərdən ibarət birləşmiş qüvvələr İŞİD-in əsas təminat xətlərinin qarşısını alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər