Teleqraf.com xəbər verir ki, bu məqsədlə Ankarada Ədalət və İnkişaf Partiyasının qurultayı keçiriləcək.
Artıq Türkiyə vaxtı ilə səhər saat 8.00-dan qurultayın keçiriləcəyi məkana axın başlayıb.
Qeyd edək ki, Türkiyədə aprelin 16-da baş tutan referendum ölkə prezidentinə siyasi partiya sədri olmaq hüququ verir.
Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının qurucusu və ilk sədri Prezident Ərdoğan olub.