"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Meteoroloji Agentliyi xəbər verib.
Xəbərdə bildirilir ki, yeraltı təkanlar ölkənin şimalındakı Hokkaydo adasında, yerli vaxtla saat 23:45-də qeydə alınıb. Zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.