24 Aprel 2014 13:42
8 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özünü xərçəng xəstəsi kimi tanıdan qadın hər kəsi aldadaraq külli miqdarda pul toplayıb.

Teleqraf.com xəbər verir ki, hadisə ABŞ-da baş verib. Özünün bağırsaq xərçəngi olduğunu deyən qadın bu yalanına hər kəsi inandırmağı bacarıb. Tanıdığı və tanımadığı onlarla insandan yardım üçün pul yığan Mindy Taylor öz arzusuna da çatıb. Belə ki, yalan danışan qadın bu addımı nəticəsində 20 min dollar toplaya bilib. Hətta bu kampaniyanın ictimailəşməsi üçün Mindy Taylor tədbirlər keçirib və reklam geyimləri də hazırlayıb. Öz qızını da yalanına inandıran. Mindy Taylorun planları isə bir anda tərsinə dönüb. Adı açıqlanmayan bir şəxs özünü xəstə kimi təqdim edən Mindy Taylordan diaqnoz sənədlərinin göstərilməsini tələb edib. Elə bunla da gənc qadının çirkin oyunu ortaya çıxıb. 35 yaşlı qadın dələduzluq maddəsi ilə həbs edilib. Faktla bağlı araşdırma aparılır.

Dəniz Əliyeva


Müəllif:

Oxşar xəbərlər