Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, “B.A.R.Y.L.” adlanan qurğu vağzal ərazisində sərbəst istiqamətdə hərəkət edərək hamıya zibili qutuya atmağı tövsiyə edəcək. Süni intellektlə təchiz edilən robot insanları skan edərək zibil atmaq istəyənləri seçir. “B.A.R.Y.L.” sistemində, həmçinin elektron zibil qabının dolmasını izləyən ötürücülər quraşdırılıb.
Tullantıların sayı çoxalan zaman robot zibil qabı bazaya qayıdaraq orada boşaldılır və yenidən perrona dönür. Zibil qabının polad korpusu hərəkət üçün iki təkərlə və sərnişinlərin qaranlıq vaxtı zibil atarkən qutunu dəqiq görmələri üçün göy rəngli diod işıqlarla təchiz edilib.