9 İyul 2017 13:41
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Angela Merkel ABŞ Prezidenti Donald Trampın qızı İvankanın G-20 sammitinin bəzi iclaslarında atasını əvəz etməsinə münasibət bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Merkel fikirlərini belə izah edib:

"O, Amerika nümayəndə heyətinin üzvüdür və buna haqqı var. Prezidentin iclasda iştirakı ilə bağlı məsələni nümayəndə heyəti müəyyən edir".

Qeyd edək ki, G-20 sammiti iyulun 7-8-də Hamburqda keçirilib.


Müəllif: Samir

Oxşar xəbərlər