10 İyul 2017 14:50
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ PKK terror təşkilatının Suriya qolu sayılan PYD döyüşçülərinə hərbi yardım göndərib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, silahlar İraq ilə sərhəddən keçirilərək Hasekeyə çatdırılıb.

Məlumatlara görə, İŞİD ilə döyüşmək üçün Rakkaya 184 adda silah və hərbi sursat göndərilib.

Qeyd edək ki, dünən ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın Rakka şəhərində PKK/PYD terror təşkilatının mövqelərini bombalayıb. Aviazərbələr nəticəsində 40-a yaxın terrorçunun öldürüldüyü bildirilib.


Müəllif: Samir