Teleqraf.com RT-yə istinadən xəbər verir ki, Rusiya diplomatlarının başçısı görüşün əvvəlində KİV nümayəndələrinin masa arxasına yığışıb qarışıqlıq salmasından, əyləşənlərə əhəmiyyət verməmələrindən hiddətlənib.
“Mənə nəfəs almağa imkan verin. Masa arxasında insanlar əyləşib, siz isə onların çiyninə söykənmisiniz. Bu nə nəzakətdir?” - deyə S.Lavrov bildirib.
Jurnalistlərdən biri bu xəbərdarlığa məhəl qoymayıb, masa üzərindən ikiqat əyilərək Lavrova mikrofon uzadıb, ona sual verməyə çalışıb.
“Bu tamamilə nəzakətsilikdir. Sizə kim bu cür tərbiyə verib? Valideynləriniz? Müəllimləriniz? Onlar sizə deməyiblər ki, sədrlik edənlər danışmağa başlayanda başqa yerə çəkilmək lazımdır”, - deyə nazir sual edib.
Qeyd edək ki, S.Lavrovun bir müddət öncə ABŞ Dövlət katibi Reks Tillersonla Moskvada keçirilən görüşündən əvvəl də oxşar situasiya yaranmışdı. Həmin vaxt amerikalı jurnalistlər qışqıra-qışqıra Lavrova suallar ünvanlamışdılar. Rusiya XİN başçısı mətbuat nümayəndələrinə bu tərzi kimin öyrətdiyi ilə maraqlanmışdı.