12 İyul 2017 22:37
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Türkiyədəki səfirliyi bu ölkədə ötən il baş vermiş dövlət çevrilişinə cəhdin ildönümü ilə əlaqədar öz vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.

Teleqraf.com-un məlumatına görə, səfirlik 15-16 iyul tarixlərində genişmiqyaslı tədbirlərin və aksiyaların keçiriləcəyini bildirib. Məlumatda qeyd olunur ki, bu cür kütləvi aksiyalar "zorakılıq və qarşıdurma riski" daşıyır.

ABŞ səfirliyi öz vətəndaşlarına bu günlərdə daha diqqətli davranmağa, kütləvi yerlərdən uzaq durmağa çağırır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər