16 İyul 2017 00:39
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddə bu dəfə şəffaf divar tikməyi təklif edib.

Teleqraf.com xarici mətbuata istinadən məlumat veriri ki, ABŞ lideri bu haqda Parisdən Vaşinqtona qayıdarkən bildirib:

"Bu divarlara şəffaflıq lazımdır. Siz divardan o tərəfdəkiləri görə bilməlisiz. Məsələn, o tərəfdə baş verən hər şeyi əks etdirən dəmir divar".

Trampın sözlərinə görə, divar şəffa olmalıdır ki, o tayda olanlar bu tərəfə"narkotik maddə olan kisələr ata bilməsinlər: "Nə qədər qorxunc səsələnsə də, bu belədir. O tərəfdəkilər narkotik maddə ilə dolu kisəni başınıza töksələr, siz divarın bu tayından onları görməzsiz. Belə çıxır ki, onlar sizin başınıza 60 funtluq kisəylə vura bilərlər və o zaman hər şey bitər".


Müəllif: Teleqraf.com