Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ağ Evin nümayəndəsi jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, sanksiyalar İranın raket sistemi ilə bağlıdır: "Biz sanksiyalar vasitəsilə İranı onun davranışlarına görə məsuliyyətə cəlb etmək istəyirik".
ABŞ rəsmisi qeyd edib ki, bu sanksiyaların İranla nüvə razılaşmasına aidiyyatı yoxdur: "İranla bağlanan nüvə razılaşması çərçivəsində ABŞ bir sıra sanksiyaları ləğv etdi. Ancaq bunun o sazişə aidiyyatı yoxdur".