Teleqraf.com Qol.az-a istinadən verdiyi xəbərə görə, Sequnda təmsilçisi aşağı liqada mübarizə aparan “Sanluqueno” ilə qarşılaşıb.
Oyun “Kadiz”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyundan yeganə qolu 75-ci dəqiqədə Eddi İsrafilov vurub.
Qeyd edək ki, Eddi bir neçə gün öncə “Barbate”yə qarşı matçda da fərqlənmişdi. O, həmin oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalmışdı.